Ceyhun Bayramov həmkarı ilə görüşdü

Siyasət

08.04.2025 06:00

11

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə iki dövlət arasında əməkdaşlıq və onun bütün sahələrdə inkişaf etdirilməsi yolları müzakirə olunub.

Diplomatlar ortaq maraq doğuran regional və beynəlxalq məsələlərə də toxunublar.

tag: Azərbaycan, Ceyhun Bayramov, XİN, ərbistan, Abdullah bin Zayed Nəhyan, Görüş, todaypress.az,