Ceyhun Bayramov Eritreyada saxlanılan gəmilər haqqında danışdı

Siyasət

20.01.2025 13:30

"Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflərlə Ankara, Moskva səfirlikləri vasitəsilə də danışıqlar davam edir".

TodayPress xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur.

Nazir qeyd edib ki, məsələ barədə ilk məlumat daxil olan kimi nazirlik və müvafiq diplomatik missiyalar addım atıb, aidiyyəti qurumlarla birlikdə iş görülür.

tag: XİN,Ceyhun Bayramov, Xarici siyasət, Eriteriya,todaypress.az,