Ceyhun Bayramov çinli diplomatla regional məsələləri müzakirə etdi
Azərbaycan xarici işlər
naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində Çin Xalq
Respublikası Hökumətinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi Vu Honqbo ilə
görüşüb.
Bu barədə TodayPress-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki,
görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığından irəli gələn məsələlər, habelə
regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Qlobal Bakı
Forumunun bəşəriyyəti narahat edən, habelə daha inklüziv dünya düzəni ilə bağlı
məsələlərin müzakirəsi baxımından vacib platforma olduğu qeyd olunub,
Azərbaycan tərəfinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edilib.
Nazir Ceyhun
Bayramov şinkişaf edən ikitərəfli və çoxtərəfli münasibətlərimizin tarixində
xüsusilə ötən ilin Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq
münasibətlərinin təsbit olunması baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib.
Strateji tərəfdaşlığımızın bu dinamikasının qorunmasının, habelə əməkdaşlığın
genişləndirilməsinin vacibliyi, bu istiqamətdə siyasi məsləhətləşmələr
mexanizmindən istifadənin əhəmiyyəti vurğulanıb.
Azərbaycan və
Çinin daim bir-birilərinin ərazi bütövlüyü, suverenliyinə davamlı dəstək
göstərdiyi qeyd olunub və buna görə təşəkkür ifadə edilib.
Regional və
beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan
sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.
Ötən il ölkəmizdə
keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasında (COP29) Çin tərəfinin iştirak və töhfələri
xüsusi qeyd olunub.
Görüş zamanı,
həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
tag: Çin, Ceyhun Bayramov, XİN, Diplomat, Forum,todaypress.az,