Ceyhun Bayramov: "ATƏT-in fəaliyyətinin müsbət tərəfə yönləndirilməsini istəyirik"
“Təhlükəsizlik olmayan yerdə əməkdaşlığı qurmaq çətindir”.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bunu aprelin 25-də ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, buna baxmayaraq, hazırda hökm sürən qarşılıqlı inamsızlıq, davam edən münaqişələr və bir sıra digər məsələləri nəzərə alaraq həmin münaqişələrin tərəfləri ATƏT-in üzvləridir.
"ATƏT kimi platformaların da mövcudluğu məhz bu məsələləri həll etməkdir. ATƏT-in belə bir potensialı var. Və biz bu addımların atılmasını gözləyirik. Həmçinin Ermənsitan Azərbaycan məsələsində də ATƏT-in potensialını görürük. Ona görə də bizim səmimi arzumuz odur ki, ATƏT coğrafiyasında təşkilatın fəaliyyəti müsbət tərəfə yönləndirilsin".
Töhfə Səməd
tag: ATƏT,Minsk,Ermənsitan,Azərbaycan ,Todaypress.az,