Çexiya lideri Prezident İlham Əliyevə başsağlığı məktubu göndərdi

Siyasət

29.12.2024 12:48

Çexiya Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

TodayPress-in məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi qəzası barədə xəbəri dərin hüznlə qarşıladım. Əminəm ki, bu dəhşətli hadisəyə səbəb olan bütün hallar hərtərəfli araşdırılacaq.

Bu kədərli məqamda yaxınlarını itirənlərə və bütün Azərbaycan xalqına Çexiya vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

tag: Çexiya,Prezident,Petr Pavel,Azərbaycan ,İlham Əliyev,Azərbaycan Hava Yolları,todaypress.az,