Cərimələrdən toplanan vəsait svetoforlara yönəldiləcək
Siyasət
24.01.2025 10:52
“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslərin ödədiyi cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması qaydasında dəyişiklik edilib.
TodayPress xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək.
tag: Yol,Qanun,İşıqfor,Baş nazir,Todaypress.az,