Cəbrayıla vurulan maddi ziyan açıqlandı
Cəbrayıl şəhəri, Xələfli, Xudafərin,
Qumlaq, Mahmudlu qəsəbələri və 92 kənddən ibarət Cəbrayıl rayonunun işğal
edilməsi nəticəsində 52 min 141 dinc sakin didərgin salınıb.
TodayPress xəbər verir ki, bu barədə Baş prokurorun
xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli sülh və insanlıq əleyhinə,
müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin
məhkəməsində bildirib.
Qeyd olunub ki, onların xüsusi mülkiyyətində və
Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15 min 206
əmlak üzrə 2,1 milyard manatdan artıq maddi ziyan vurulub.
Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü
nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o
cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə
qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit
İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan
cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib
tag: Cəbrayıl, Ziyan, Maddi, Ermənistan, Azərbaycan, Təcavüz, Dollar, todaypress.az,