Britaniyadakı səfirliyimiz səyyar konsulluq xidmətləri təşkil edəcək

Siyasət

14.02.2025 16:16

1162

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Briləşmiş Krallığındakı səfirliyi konsulluq xidmətlərini əlçatan etmək məqsədilə martın 1-də İrlandiyanın Dublin şəhərində səyyar konsulluq xidmətləri təşkil edəcək.

TodayPress xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, səyyar konsulluq zamanı xidmət saat 14:30-18:30 aralığında mümkün olacaq.

Xidmətlərlə yanaşı, İrlandiyada yaşayan azərbaycanlılar üçün konsulluq-hüquq sahəsində qarşılaşdıqları çətinliklər barədə sorğu-sual imkanı da yaradılacaq.

tag: Azərbaycan,Böyük Britaniya,Şimali İrlandiya,Dublin ,Konsulluq ,todaypress.az,