Britaniya səfirliyi: Ağdam və Cəbrayılda mina hadisələri xəbəri bizi kədərləndirdi

Siyasət

07.04.2025 12:11

21

Ağdam və Cəbrayılda 2-i uşaq da olmaqla növbəti mina hadisələri xəbəri bizi kədərləndirdi.

TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib. 

Qeyd edilib ki, Böyük Britaniya 2020-ci ildən bəri Azərbaycanda mina təmizləmə sahəsində müxtəlif təşəbbüsləri dəstəkləyir:

“Böyük Britaniya 2020-ci ildən ANAMA və BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda kişilərin və qadınların minatəmizləmə üzrə işini, o cümlədən mina riskləri üzrə maarifləndirmə və mina qurbanlarına yardımı dəstəkləyib”.

tag: Britaniya,Səfirliyi,Azərbaycan,Ağdam,Cəbrayıl,Mina,PAylaşım,Todaypress.az,