Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin etdi

Siyasət

14.03.2025 09:35

2155

Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, müdafiə attaşe kimi komandir leytenant Gavin Tarbard təyin edilib.

"Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək" deyə məlumatda vurğulanıb.

tag: Böyük Britaniya,Azərbaycan,Hərbi,Attaşe,Todaypress.az,