Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri İlham Əliyevin qəbulunda oldu - YENİLƏNDİ
Siyasət
09.10.2024 17:57
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.
TodayPress xəbər verir ki,
COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun keçirilməsi ilə bağlı
Azərbaycanın bir ildən də az vaxtı olmasına baxmayaraq, ölkəmizdə bu tədbirlə əlaqədar
yüksək səviyyədə hazırlıq işlərinin getdiyini bildirdi.
Azərbaycanın ölkələr və beynəlxalq
aləmin qlobal iştirakçıları arasında körpü qurulması işində fəal rol oynadığını
deyən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz uzun illərdir beynəlxalq təşkilatlarla
səmərəli əməkdaşlıq həyata keçirir və Qoşulmama Hərəkatına uğurla sədrlik
etmişdir. Bütün bunlar da COP29-un təşkili üçün yaxşı əsas yaradır.
Söhbət zamanı Azərbaycanın və Böyük
Britaniyanın COP komandaları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu,
Britaniya hökumətinin gündəliyində iqlim dəyişməsinin prioritet məsələ olduğu
bildirildi.
Görüşdə bərpaolunan enerji sahəsində
ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, həmçinin Azərbaycanın COP-un
gündəliyində duran prioritetləri və təşəbbüsləri müzakirə olundu.
Dövlətimizin başçısı Azərbaycanın
bərpaolunan enerji istiqamətində həyata keçirdiyi tədbirlərə toxundu. Ölkəmizin
bərpaolunan enerji potensialının artması, Azərbaycan, Gürcüstan, Rumıniya və
Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xətti üzrə dördtərəfli
layihə, həmçinin Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən bərpaolunan enerji
layihəsi barədə fikir mübadiləsi aparıldı.
Söhbət zamanı COP29-un gündəliyinin
müəyyən edilməsi baxımından Bakıda keçirilən COP-öncəsi tədbirin əhəmiyyətinə
toxunuldu.
***
14.44
Azərbaycan Prezidenti İlham Əliyev
oktyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq
enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.
TodayPress xəbər verir ki, məlumatı
Prezidentin Mətbuat Xidməti yayıb.
tag: Prezident ,İlham Əliyev, Böyük Britaniya ,İrlandiya ,Keri Makkartini ,todaypress.az,