Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan xalqına başsağlığı verdi

Siyasət

25.12.2024 22:02

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

TodayPress xəbər verir ki, bu barədə Prezident öz "X" sosial şəbəkəsində paylaşım edib.

 

"Bolqarıstan Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin itkisini dərin kədər hissi ilə qarşılayır. Bu faciəvi hadisədə həlak olanların ailələrinə səmimi başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmalarını diləyirəm" deyə o qeyd edib.

 

tag: Prezident,Bolqarıstan,Baş Sağlığı, Rumen Radev, Azərbaycan, Aktau, Qəza, todaypress.az,