Bolqarıstan prezidenti NATO-nu Ukraynada qırmızı xətləri pozmaqda ittiham edib

Siyasət

03.06.2024 22:30

Qərb Ukraynada qırmızı xətləri pozaraq münaqişənin genişlənməsinə şərait yaradıb”.

TodayPress RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Bolqarıstan prezidenti Rumen Radev  deyib.

“İndiyədək münaqişənin nəzarətsiz eskalasiyasının qarşısını alan iki qırmızı xətt var idi. Rusiyanın Qərb silahlarından istifadə etmək və  cəbhə xəttinə məsləhətçi və təlimatçılar göndərmək icazəsi ilə bu qırmızı xətlər artıq pozulub” deyə  Bolqarıstan lideri bildirib.

Radevin sözlərinə görə, qırmızı xətlər münaqişənin coğrafi miqyasını yalnız Ukrayna ərazisi ilə məhdudlaşdırmaq” və  NATO ilə Rusiya qoşunları arasında birbaşa toqquşmanın qarşısını almaq məqsədi daşıyırdı.

Dövlət başçısı NATO-nun qarşıdakı sammitində Bolqarıstanı təmsil edəcəyi təqdirdə öz fikrini bildirəcəyinə söz verib.

Günel

 

tag: Qərb,NATO,Rusiya,Qırmızı xətt,todaypress.az,