BMT Baş katibi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir
Siyasət
27.12.2024 22:11
BMT Baş katibi Antonio Quterreş “Azərbaycan
Hava Yolları”na məxsus sərnişin təyyarəsinin hansı səbəbdən qəzaya uğraması ilə
bağlı araşdırmanın nəticəsini gözləyir.
TodayPress xəbər verir ki, bunu “Report”-a açıqlamasında Baş katibin sözçüsünün müavini
Florencia Soto Nino bildirib.
O, qeyd edib ki, Baş katib faciəvi təyyarə qəzasının
səbəblərini müəyyən etmək üçün araşdırmaların aparıldığından məlumatlıdır: “Biz
Qazaxıstan Respublikasının hakimiyyət orqanlarının Azərbaycan Respublikası ilə
əməkdaşlıq çərçivəsində faciəli hadisənin səbəblərini müəyyən etmək üçün
araşdırmaya başladığını qeyd edirik. Nəticəni gözləyərkən Baş katib bir daha
qurbanların ailələrinə və zərər çəkmiş xalqlara dərin hüznlə başsağlığı və
başsağlığı verir” sözçü bildirib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan,
AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya
uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya,
6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəzada 38 nəfər faciəvi
şəkildə həyatını itirib.
tag: BMT, Təyyarə, Qəza, Aktau,Quterreş, todaypress.az,