“Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”
Siyasət
04.10.2024 13:30
Amerika
Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq
etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim,
çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir,
bizə qarşı olan düşmənçilik siyasəti dayanmır.
TodayPress xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın
4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.
Dövlət
başçısı deyib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də,
ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət
katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət
Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək
üçün, bizi ittiham etmək üçün”.
tag: Azərbaycan, İlham Əliyev, Prezident, Cəbrayıl, todaypress.az,