Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

Siyasət

08.05.2025 16:42

19

Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. 

TodayPress xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib: 

Axundov Elçin Əbdül oğlu 

Amənzadə Raihə Barxudar qızı 

Fərəcov Sərdar Fərəculla oğlu 

Göyüşov Nəsib Cümşüd oğlu 

Məmmədov Sabir Novruz oğlu 

Rövşən Ramiz Məmmədəli oğlu 

Yaqubova Ella İsmayıl qızı. 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

tag: Prezident,İlham Əliyev,Sərəncam,Fərdi Təqaüd,Todaypress.az,