Berbok: Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə razılaşmanı alqışlayırıq

Siyasət

14.03.2025 10:04

762

Almaniya Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə əldə olunan razılaşmanı alqışlayır.

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok özünün sosial media hesabında paylaşım edib.

“Sülh sazişi ilə bağlı əldə edilən razılaşma ümidvericidir” deyə Berbok qeyd edib.

Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistanı sülh sazişini imzalamağa çağırıb.

tag: Almaniya,Azərbaycan,Ermənistan,Sülh,Todaypress.az,