Bələdiyyə seçkilərində səsvermə başladı

Siyasət

29.01.2025 09:00

Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb.

TodayPress xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək. 

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. 

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. 

MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçici aktivliyi haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatla canlı yayımlanacaq. 

Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

tag: Bələdiyyə,Namizəd,Seçki,Azərbaycan,Todaypress.az,