Bələdiyyə seçkilərində 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək

Siyasət

14.01.2025 17:06

Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək.

TodayPress xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında sədr Məzahir Pənahov deyib.

O, qeyd edib ki, hazırkı dövrə olan məlumata görə, Azərbaycanda bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 960 min nəfər ətrafındadır.

tag: Bələdiyyə ,Seçki, Məntəqə ,Komissiya, todaypress.az,