Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik etdi
Siyasət
07.06.2024 15:27
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TodayPress xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri Prezident İlham Əliyev.
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq.
Zati-alinizə ən yüksək ehtiramımızı bildiririk".
tag: Bəhreyn, Prezident, İlham Əliyev, Xəlifə,Təbrik, Məktub,todaypress.az,