Baş prokuror: “Qarabağda saxlanılan separatçılarla bağlı cinayət işi artıq başa çatıb”
Siyasət
01.10.2024 08:30
“Qarabağda saxlanılan separatçılarla bağlı cinayət işi artıq başa çatıb. İndi cinayət işi materialları ilə tanış olma mərhələsidir. Amma bu mərhələ xeyli uzun vaxt tələb edir. Çünki zərərçəkmişlər həddindən artıq çoxdur”.
TodayPress xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.
Baş prokurorun sözlərinə görə, beynəlxalq konvensiyalara və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin bütün hüquqları təmin olunur.
“Onların hər birinin bir neçə vəkili var və onların hüququdur ki, iş materialları ilə incəliyinə qədər tanış olsunlar.
Bütün bu proseslər başa çatdıqdan sonra iş məhkəməyə göndəriləcək”.
Töhfə Səməd
tag: Baş Prokuror,Peşə bayramı,Şəhidlər Xiyabanı,Kamran Əliyev,todaypress.az,