Baş nazirlər yeni səfirlik binasının ərazisinə baxış keçirdilər - FOTO

Siyasət

17.01.2025 14:38

Azərbaycan və Gürcüstanın baş nazirləri Bakıda Gürcüstanın yeni səfirlik binasının tikiləcəyi əraziyə baxış keçiriblər.

TodayPress xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.

Bildirilib ki, 3450 kv.m ərazini əhatə edəcək binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq.

Tikinti işlərinin aparılacağı torpaq sahəsi Gürcüstan hökumətinin nümayəndələrinə təhvil verilib.

tag: Gürcüstan ,Bakı, Torpaq, Hökumət, todaypress.az,

photo
photo
photo