Baş katib: “ATƏT hərbi təşkilat deyil”

Siyasət

25.04.2025 19:03

19

“Biz hərbi təşkilat deyilik”.

TodayPress xəbər verir ki, ATƏT-in baş katibi Feridun Sinirlioğlu bunu aprelin 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

Baş katibin sözlərinə görə, ATƏT təfərrüatlı şəkildə konsepsiyaya uyğun addımlar atır.

"Biz burada bir təşkilatıq. Təməllərimiz də prinsiplər əsasında qurulub. Hərbi təşkilat deyilik. ATƏT təhlükəsizlik təşkilatıdır. Bizim əsas məqsədimiz də məhz silahlara nəzarət etmək, təhlükəsizliyi təmin etməkdir". 

Töhfə Səməd

tag: ATƏT,Ceyhun Bayramov,Azərbaycan,Feridun Sinirlioğlu,Todaypress.az,