Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Siyasət

27.02.2025 14:59

1840

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

TodayPress xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

tag: Azərbaycan ,Qvineya-Bisau,Umaru Sisok,İlham Əliyev,todaypress.az,

photo