Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək
Azərbaycanın Ticarət
Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki,
bizim ikitərəfli ticarətimiz inkişaf etsin.
TodayPress xəbər verir ki, bu sözləri
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan-Pakistan biznes
forumunda söyləyib.
Baş nazir, həmçinin bildirib: “Pakistan Ticarət Palatasının nümayəndəliyini Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər”.
tag: Pakistan, Forum, Azərbaycan, Bakı ,Ticarət, todaypress.az,