Bakıda “Afrikada Fransanın Neokolonializm siyasəti”nə həsr edilmiş beynəlxalq konfrans keçirilir
Siyasət
03.10.2024 11:07
Bakıda “Afrikada Fransanın Neokolonializm siyasəti”nə həsr edilmiş beynəlxalq konfrans keçirilir.
TodayPress xəbər verir ki, beynəlxalq konfrans oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutub.
Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.
Konfransda tanınmış aktivist Kemi Seba da iştirak edir.
Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir.
tag: Bakı ,Afrika ,Seneqal ,Burkina Faso ,Kamerun ,Kemi Seba ,Konfrans,