Bakı ilə İrəvan arasında sülh Gürcüstanda imzalana bilər - Ekspert

Siyasət

09.10.2024 16:50

Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanacağı yer Moskva və ya Tbilisi ola bilər. 

TodayPress xəbər verir ki, bu barədə Cənubi Qafqaz ölkələrinin xarici siyasəti üzrə eksperti Niyazi Niyazov “Lenta.ru”ya müsahibəsində bildirib.

Onun fikrincə, Vaşinqton, Brüssel və ya Paris Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün məqbul yerlər sayılmır:

“Mənim namizədlərim Moskva və Tbilisidir. Gürcüstanın paytaxtı Ermənistan və Azərbaycan üçün daha əlverişli variantdır”.

O, hesab edir ki, iki ölkə arasında sülh müqaviləsinin yekun forması vasitəçilərin köməyi olmadan hazırlanacaq.

Günəş Mərd

tag: Azərbaycan ,Ermənistan ,Cənubi Qafqaz ,Bakı, Brüssel ,todaypress.az,