Babayan: "Qondarma rejimin “qurumları”nın veb-saytları “.am” domeni ilə qeydiyyata alınırdı"
Təqsirləndirilən
şəxs – David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən
məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən deyib ki,
vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə qondarma rejimin
“qurumları”nın veb-saytları Ermənistan Respublikasının “.am” domeni ilə
qeydiyyata alınıb.
TodayPress xəbər verir ki, o, həmin veb-saytların təhlükəsizliyinin təmin
edilməsi ilə vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə yaşayan erməni
sakinlərin məşğul olduqlarını, yəni, onların Ermənistan Respublikasına aid
saytlara müdaxilə etmək hüququnun olduğunu bildirib.
Xatırladaq ki,
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və
aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə
terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən
Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
tag: David Babayan,Hərbi Məhkəmə, Ermənistan, Terror, Azərbaycan, İşğal,todaypress.az,