Azərbaycanın Türkiyədəki səfirliyində bayraqlar yarıya qədər endirildi - FOTO

Siyasət

22.01.2025 19:30

Azərbaycanın Türkiyədəki səfirliyi Bolu vilayətindəki yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar elan olunmuş matəm çərçivəsində bayraqları yarıya qədər endirib.

TodayPress xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov “X” sosial şəbəkəsində yazıb.

"Qardaş Türkiyə ilə həmrəylik əlaməti olaraq Bolunun Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğında insanların həlak olması ilə əlaqədar elan edilmiş birgünlük milli matəm çərçivəsində bayraqlarımızı yarıya qədər endirdik. Bu faciədə həlak olanların yaxınlarına və bütün türk xalqına bir daha başsağlığı veririk. Allah rəhmət eləsin" deyə paylaşımda qeyd olunub.

tag: Azərbaycan,Türkiyə,Səfirlik,Bolu ,yanğın,Rəşad Məmmədov,todaypress.az,

photo