Azərbaycanın Tehrandakı səfiri İran XİN rəsmisi ilə görüşdü

Siyasət

24.01.2025 15:05

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə yanvarın 24-də İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya məsələləri üzrə baş direktoru və nazirin köməkçisi Müctəba Dəmirçilu ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

İran XİN rəsmisi iki ölkə arasında ikitərəfli münasibətlərdə müsbət irəliləyişlərə işarə edib, sazişlərin həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin qorunması üçün hər iki tərəfin səy göstərməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda M.Dəmirçilu iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı faydaya əsaslanan münasibətləri inkişaf etdirmək səylərini yüksək qiymətləndirib.

tag: Azərbaycan,Tehran,Səfir,XİN ,İran ,todaypress.az,