Azərbaycanın Qətərdəki səfiri dəyişdirildi - SƏRƏNCAM
Siyasət
20.12.2024 16:30
Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
tag: Mahir Məmməd oğlu Əliyev,Adış Sakit oğlu Məmmədov,Sərəncam ,Qətər ,todaypress.az,