Azərbaycanın növbəti rəsmi müttəfiqi hansı ölkə olacaq? - Politoloq açıqladı

Siyasət

23.08.2024 18:07

"Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular. Bu tarixi hadisədir". 

Bu sözləri TodayPress-ə danışan politoloq Oqtay Qasımov deyib. 

Onun fikrincə, bu, iki ölkə arasında son dönəmlər davam edən dinamik inkişaf nəticəsində baş verib. Rəsmi Bakı ilə Daşkəndin maraqları daim üst-üstə düşüb. Həmçinin beynəlxalq platformalarda da hər iki dövlət bir-birini müdafiə edir:

“Heç təsadüfi deyil ki, Özbəkistan azad olunmuş ərazilərimizdə məktəb tikməklə öz töhfəsini vermiş oldu. Şavkat Mirziyoyev də həmin ərazilərə, xüsusilə də Şuşaya səfər edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bir daha dəstəkləmiş oldu”.

Analitikin sözlərinə görə, Azərbaycanın rəsmi müttəfiqləri sırasında yenə də Türk Dövlətləri olacaq: 

“Belə ki, ölkə başçısı andiçmə mərasimində bununla bağlı birmənalı fikir səsləndirib. Azərbaycanın əsas xarici siyasət prioritetləri sırasında Türk dünyasının olacağını bəyan edib və bildirib ki, bizim ailəmiz Türk dövlətləridir. Düşünürəm ki, növbəti rəsmi müttəfiq ölkə Qazaxıstan olacaq” deyə Oqtay Qasımov bildirib.

Töhfə Səməd

tag: Azərbaycan, Müttəfiq, Özbəkistan, Oqtay Qasımov,Türk, todaypress.az,

photo