Azərbaycanda bələdiyyə seçkilərində 31,45 faiz seçici iştirak etdi
Siyasət
29.01.2025 21:26
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən
bələdiyyə seçkiləri ilə bağlı seçici fəallığını açıqlayıb.
TodayPress xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri
Fərid Orucov saat 19:00-a qədər respublika üzrə 1 874 810 nəfərin səs verdiyini
bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 31,45 faiz olub.
Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə
alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
tag: Seçki, MSK, Fəallıq, Səs vermə, Bələdiyyə, todaypress.az,