Azərbaycana 37 168 əmlak üzrə 19 milyard AZN-dən çox ziyan vuruldu
Ermənistanın apardığı müharibə nəticəsində
Azərbaycana 37 168 əmlak üzrə 19 milyard manatdan artıq ziyan vurulub.
TodayPress xəbər verir ki, bu barədə dövlət
ittihamçısı Təranə Məmmədova sülh və insanlıq əleyhinə, müharibə və digər ağır
cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində İttiham
aktına əsasən elan edib.
Belə ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz
silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın
suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış
məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılmış, bununla
da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 168 ədəd əmlak üzrə 19
milyard manatdan artıq maddi ziyan vurulub.
Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü
nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o
cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə
qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit
İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan
cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
tag: Ermənistan, Müharibə, Ziyan, Azərbaycan, Dollar,Əmlak, Şəhər,todaypress.az,