Azərbaycan XİN: "Fransadan üzr istəməsini gözləyir və bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik"
Siyasət
02.08.2024 19:45
"Qeyd etdiyiniz kimi, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən
Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2"
telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq
edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya
Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya
sığmadığı vurğulanıb".
TodayPress xəbər verir ki,
bunu Yay Olimpiya Oyunlarının açılış mərasimində "France 2" telekanalının
müxbirinin ölkəmizə qarşı səsləndirdiyi qərəzli fikirlər ilə bağlı Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
"Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik.
Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik" deyə Ayxan Hacızadə bildirib.
tag: XİN, Azərbaycan, Fransa, Paris-2024, Ayxan Hacızadə, todaypress.az,