Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başa çatdı - YENİLƏNİB 2+FOTO
Siyasət
10.06.2024 20:28
İyunun 10-da Ankarada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
TodayPress xəbər
verir ki, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq
və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini
məmnunluqla vurğuladılar.
Görüşdə ölkələrimiz arasında
enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi,
müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd
edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi
fəaliyyətin önəmi vurğulandı.
Həmçinin Türk Dövlətləri
Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf
etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir
daha qeyd olundu.
Prezident Rəcəb Tayyib Ərdoğan
Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirdi və COP29-un
Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı Türkiyə
Prezidentini COP29-a bir daha dəvət etdi.
Prezident Rəcəb Tayyib Ərdoğan
dəvəti məmnunluqla qəbul etdi.
Görüşdə regional və beynəlxalq
məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
16:20
TodayPress xəbər verir ki, Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
tag: Azərbaycan, Türkiyə, Prezident, İlham Əliyev, todaypress.az,