Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
Siyasət
15.01.2025 20:49
Azərbaycan ilə Türkiyə arasında imzalanmış
hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində
keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə
Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu (ƏÜO)
komandanlığından bayrağı qəbul edən bayraq taqımı Naxçıvan şəhərindən Sədərək
sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə
başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin
keçiriləcəyi ünvana doğru yürüş edib.
"Ümid" körpüsündə Azərbaycan və Türkiyə
respublikalarının dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə
mərasimi olub.
Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi
texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO
komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən
danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan
şəhərindən yola düşüblər.
Təlimin planına əsasən yaşayış məntəqələrində, çətin
relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş
tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.
tag: Ümid, Türkiyə, Təlim, Azərbaycan, Naxçıvan, todaypress.az,