Azərbaycan və Sloveniyanın NATO-dakı nümayəndələri Bakının enerji təhlükəsizliyinə töhfəsini müzakirə etdilər
Siyasət
28.01.2025 01:45
Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə sloveniyalı həmkarı Andrey Benedeyçiçlə Bakının “NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi” müzakirə olunub.
TodayPress xəbər verir ki, bu
barədə azərbaycanlı diplomat sosal şəbəkədə yazıb.
“Sloveniyanın NATO-dakı daimi nümayəndəsi
Zati-aliləri səfir Benedeyçiç ilə görüşməkdən və geniş mövzular üzrə fikir
mübadiləsi aparmaqdan məmnun oldum” Hüseynzadə qeyd edib.
Onun sözlərinə görə, görüşdə “Sülh naminə Tərəfdaşlıq
(SnT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO
müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi barədə səmərəli
müzakirə” aparılıb.
“Həmçinin Sloveniya və Azərbaycan arasında ikitərəfli
münasibətlər və cari regional hadisələr barədə faydalı söhbət etdik” Azərbaycanın alyansdakı nümayəndəliyin başçısı vurğulayıb.
tag: NATO, Azərbaycan, Cəfər Hüseynzadə, Sloveniya, todaypress.az,