Azərbaycan və Serbiya XİN rəhbərlərinin geniş tərkibli görüşü baş tutdu

Siyasət

02.09.2024 12:44

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Serbiya XİN rəhbəri Marko Curiç arasında geniş tərkibli görüş keçirilib.

TodayPress xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, turizm və digər sahələrdə ikitərəfli və çoxtərəfli strateji tərəfdaşlıq məsələləri müzakirə edilib. O cümlədən ticarət, energetika, investisiyalar və s. sahələrdə əlaqələrin möhkəmləndirilməsi perspektivləri, bu istiqamətdə Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, habelə mövcud əməkdaşlıq imkanlarından istifadə imkanları barədə fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı regionda münaqişədən sonrakı vəziyyət, Ermənistanla sülh prosesi də müzakirə edilib.

tag: Azərbaycan, Xarici İşlər Nazirliyi, Ermənistan,Marko Curiç, Ceyhun Bayramov, Serbiya,