Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü oldu - YENİLƏNDİ

Siyasət

23.08.2024 13:43

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü olub.

TodayPress xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıması məmnunluqla vurğulandı, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olundu, beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.

***

10.41

Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü başlayıb.

tag: Daşkənd, Prezident, İlham Əliyev,Şavkat Mirziyoyevl, Özbəkistan, todaypress.az,