Azərbaycan və Keniya ticarət əməkdaşlığının perspektivlərini müzakirə etdi
Azərbaycan və Keniya ticarət əməkdaşlığının inkişafı perspektivlərini öyrənirlər.
TodayPress xəbər verir ki, bu barədə Keniya Milli Ticarət və Sənaye Palatası (KNCCI) məlumat yayıb. Bildirilib ki, fevralın 28-də Palatanın baş icraçı direktoru Ahmed Farah ilə Azərbaycanın Nayrobidəki səfiri Sultan Hacıyev arasında görüş keçirilib.
Danışıqlar zamanı Azərbaycanın “WCF Africa 2025”: “Afrikanın Qlobal Gələcəyi” Sammitində iştirakı, eləcə də iki ölkə arasında ticarət əməkdaşlığının perspektivləri müzakirə olunub.
A.Farah Azərbaycanı tədbirdə iştiraka dəvət edib. Bundan əlavə, o, ikitərəfli əlaqələrin inkişafına dəstək verməyə hazır olduğunu bildirib.
Tərəfdaşlığı gücləndirmək üçün KNCCI gələcəkdə anlaşma memorandumu imzalamağı təklif edib.
tag: Azərbaycan ,Keniya,Ticarət ,Əməkdaşlıq,todaypress.az,