Azərbaycan və Gürcüstanın baş nazirləri görüşdü
Siyasət
17.01.2025 12:27
Azərbaycan və Gürcüstanın Baş nazirləri Əli Əsədovla İrakli Kobaxidze arasında görüş keçirilib.
TodayPress xəbər verir ki, bu barədə məlumatı Kobaxidze “X” hesabında paylaşıb.
O bildirib ki, azərbaycanlı həmkarı ilə iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gələcəkdə də dərinləşdirilməsi perspektivlərini müzakirə edib.
Qeyd edək ki, Görüş Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 10-cu iclası çərçivəsində baş tutub.
tag: Azərbaycan ,Gürcüstan ,Əli Əsədov ,Görüş, todaypress.az,