Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr apardı
Azərbaycan – Ermənistan dövlət sərhədində
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış
və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri
arasında görüş baş tutub.
TodayPress xəbər verir ki, bu barədə Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat
yayıb.
Bildirilib ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin
müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında
ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
tag: Azərbaycan, Ermənistan,Əsir, Girov, İtkin, todaypress.az,