Azərbaycan və Çin arasında viza rejimi ləğv edildi
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb.
TodayPress xəbər verir ki, bu barədə sənəd aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimində təsdiqlənib.
Qeyd edək ki, Sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.
Töhfə Səməd
tag: Azərbaycan,Çin,Viza,Ləğv,todaypress.az,