Azərbaycan-ÜTT əməkdaşlıq imkanları müzakirə olundu - YENİLƏNİB
Siyasət
06.06.2024 12:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı
qəbul edib.
TodayPress xəbər verir ki, görüşdə Azərbaycanın
Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi
aparıldı.
Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri
vurğuladı.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini
çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində
Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə
görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq
imkanları müzakirə olundu.
tag: Prezident, İlham Əliyev, Nqozi Okonyo-İvealan, todaypress.az,