Azərbaycan Ukraynaya humanitar yardım göstərəcək

Siyasət

05.02.2025 16:19

1867

Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.

TodayPress xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılacaq.

tag: Azərbaycan ,Ukrayna,Prezident,İlham Əliyev,Sərəncam,todaypress.az,