Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin 3-cü görüşü Bakıda keçiriləcək

Siyasət

29.01.2025 15:40

Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 3-cü üçtərəfli görüşü Azərbaycanda keçiriləcək.  

TodayPress xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistandan olan həmkarları ilə birgə mətbuat konfransında deyib.

H.Fidan Türkiyənin Azərbaycan və Özbəkistanla ikitərəfli münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayıb. 

"Bu üçtərəfli iclaslar vasitəsilə biz regionun inkişafına töhfə verəcəyik. Bu formatın növbəti iclasına qardaş Azərbaycan ev sahibliyi edəcək" o bildirib.


tag: Azərbaycan,Türkiyə,Özbəkistan,Əməkdaşlıq,Todaypress.az,