Azərbaycan səfiri Kosta-Rika Prezidenti ilə görüşdü
Siyasət
02.02.2025 02:16
Azərbaycanın Kosta-Rikadakı qeyri-rezident
səfiri (iqamətgahı Mexiko şəhərində) Məmməd Talıbov bu ölkənin prezidenti
Rodriqo Çaves ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə diplomat sosial
şəbəkədəki səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, görüşdə Bakı və San-Xosenin
ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğu qeyd edilib:
“Kosta-Rika Prezidenti Rodriqo Çaves ilə dialoq aparmaq
mənim üçün şərəf idi. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş
arzularını çatdırdım. Kosta Rikanın COP29-da fəal iştirakına görə
minnətdarlığını bildirdim. Bundan əlavə, mən ikitərəfli münasibətlərin, xüsusən
də iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafında qarşılıqlı
marağımızı qeyd etdim”.
tag: Səfir, Mexiko, Azərbaycan,COP29, Kosta-Rikada, todaypress.az,