Azərbaycan səfiri İrəvandakı məscidin təhqir olunmasına görə beynəlxalq ictimaiyyətə çağırış etdi
Azərbaycan İrandakı səfiri Əli Əlizadə
İrəvandakı məscidin təhqir olunmasına görə beynəlxalq ictimaiyyətə çağırış
edib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycannı
Tehrandakı səfiri Əli Əlizadə "X"də yazıb.
"İşğal illərində Qarabağda bütün məscidlərimizi
təhqir edən və tamamilə dağıdan Ermənistan hazırda İrəvandakı Azərbaycan
məscidini təhqir edir. Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif
edir. Beynəlxalq ictimaiyyət və təşkilatlar tədbirlər görməlidir, bu
vandalizmin qarşısı alınmalıdır" səfir bildirib.
tag: Ermənistan,İran, Səfir, Əli Əlizadə, Məscid, Tehran, todaypress.az,