Azərbaycan səfiri İran XİN-də ikitərəfli əlaqələri müzakirə etdi

Siyasət

11.02.2025 17:17

1640

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin konsulluq, xaricdə yaşayan iranlılar və parlament məsələri üzrə müavini Vahid Cəlalzadə ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində ikitərəfli əlaqələrdə mövcud olan məsələlərə dair fikir mübadiləsi aparılıb.

tag: Azərbaycan,İran,Səfir,Əli Əlizadə,İran ,Vahid Cəlalzadə,todaypress.az,